...

Qazanılan tarixi zəfər Prezident İlham Əliyevin müdrik rəhbərliyi, iradəsi və qətiyyətinin nəticəsidir - Qazaxıstandan baxış

Siyasət Materials 4 Noyabr 2023 16:05 (UTC +04:00)
Qazanılan tarixi zəfər Prezident İlham Əliyevin müdrik rəhbərliyi, iradəsi və qətiyyətinin nəticəsidir - Qazaxıstandan baxış
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 44 günlük müharibədə zəfəri Prezident İlham Əliyevin müdrik rəhbərliyi, iradəsi və qətiyyətinin nəticəsidir.

Bu barədə şənbə günü Trend-ə Qazaxıstan Parlamenti Məclisinin deputatı Aydos Sarım deyib.

"Bu gün Azərbaycan suveren dövlət olaraq öz məsələlərini həll edir, kontragentlərinə məhz ağıl və sağlam düşüncə baxımından özü üçün lazımi şərtləri diqtə etməyə imkan verən kontekstləri yaradır", - deyə o vurğulayıb.

Aydos Sarım qeyd edib ki, bu ilk növbədə məsələləri Azərbaycanın xeyrinə həll etməsinə imkan verir

"Prezident İlham Əliiyev görkəmli rəhbər, öz dövlətinin və xalqının həqiqi lideridir. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üzrə bütün məsələləri ən mümkün, ən yaxşı üsulla həll edib. Kənardan, o cümlədən nüfuzlu erməni lobbisi olan bir sıra Qərb ölkələri tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, Azərbaycan öz məqsədlərinə nail oldu və bütün əraziləri üzərində suverenliyini bərpa etdi", - deputat deyib.

Deputat qeyd edib ki, bu gün Qarabağda ərazinin bərpası və inkişafı üzrə çox böyük irəliləyiş görmək mümkündür.

"Bundan başqa, Türk Dövlətləri Təşkilatının bütün ölkələri, o cümlədən Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına töhfə verir. Təşkilatın hər bir ölkəsinin bu ərazilərdə infrastruktur layihələri var. Məqsəd Qarabağın inkişafına töhfə verməkdir. Misal üçün, Qazaxıstan Qarabağda mədəni layihə həyata keçirir. Bu, Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsüdür. İnanıram ki, bu cür layihələrin sayı getdikcə artacaq", - deyə Aydos Sarım əlavə edib.

Xatırladaq ki, 8 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhəri erməni işğalından azad olunub. Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən Müharibəsinin kulminasiya nöqtəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi qeyd olunur.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Antiterror tədbirləri nəticəsində Azərbaycan bu ərazilərdə suverenliyini və konstitusiya quruluşunu bərpa etdi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri buraxılaraq Azərbaycan ərazisini tərk edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti