...

Vətən müharibəsində qazanılan Zəfər gələcək nəsillərin fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir - Azər Qarayev

Siyasət Materials 8 Noyabr 2023 09:33 (UTC +04:00)
Vətən müharibəsində qazanılan Zəfər gələcək nəsillərin fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi olmaqla yanaşı gələcək nəsillərin fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir. Bu qələbəni yalnız müharibə zəfəri kimi yanaşıb qiymətləndirmək doğru olmaz. Bu ədalətin təntənəsi, xeyrin şər üzrəində qələbəsi, milli qürurumuzun tam bərpası demək idi.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, 30 il davam edən danışıqlar, Azərbaycana qarşı göstərilən ikili münasibət, qərəzli yanaşmalar artıq Azərbaycan xalqının bütün səbrini bitirmişdi. Biz bu illər ərzindən dəfələrlə haqsızlığın, qərəzin şahidi olmuşduq.

"Azərbaycan xalqında məsələnin sülh yolu ilə həllinə inam olduqca azalmışdı, Ermənistan isə əvəzində yeni ərazilər iddia ilə Azərbaycanı hədələyir, bizim torpaqlarımızda qondarma rejim yaradaraq müxtəlif tədbirlər keçirirdi. Ermənistan 2020-ci ildəki təxribatları isə artıq məsələnin sülh yolu ilə həlinin imkansız olduğunu növbəti dəfə isbatladı. Tarixi zərurət Azərbaycanı öz haq savaşına başlamağa, düşmənə layiqli yerini göstərməyə vadar etdi. Əlbətdə 44 günlük Vətən müharibəsi haqqında çox danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan unikal əməliyyatlar bu gün dünyanın bir çox qabaqcıl hərb məktəblərində öyrənilir, tədris olunur. Azərbaycan Prezident ikinci Qarabağ müharibəsində ötən illər ərzində ordumuzun nə qədər gücləndiyini, xalqımızın necə birlik nümayiş etdirdiyinin əməli şəkildə nümayiş etdirdi. Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın kapitulasiya aktına imza atması ilə başa çatdı və Azərbaycan tarixi qələbə qazandı.

Əlbətdə elə həmin dövrdə də Azərbaycana təzyiqlər çox idi, danışıqlar dövründə olduğu kimi, həmin zamanda beynəlxalq güclər əslində Azərbaycanın öz problemini öz gücü hesabına həll etməsini qəbul edə bilmirdilər, buna mane olmağa da çalışırdılar. Lakin Azərbaycan Prezidentinin qəti iradəsi sayəsində biz bu qələbəyə nail olduq. Bununla da Azərbaycan tarixində, eləcə də regionda yeni dövrün başlanğıcı qoyuldu", - deyə A.Qarayev əlavə edib.

Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatlarından da danışan A.Qarayev bildirib ki, bu əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını növbəti dəfə ortaya qoydu.

"Bu gün dünyanın bir çox bölgələrində münaqişələr, hərbi toqquşmalar baş verir, mülki dinc sakinlər həlak olurlar. Azərbaycan Ordusu isə yüksək peşəkarlıq nümayiş etdirdi və bir nəfər olsun mülki şəxs xəsarət almadı. Separatçılar isə ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycanın suvernliyi tam təmin olundu. Bu gün üç rəngli bayrağımızı bütün əraizlərmizdə qürurla dalğalanır”.

A.Qarayev onu də əlavə edib ki, tarixi zəfərimizin qazanılmasında hərbiçilərin rolu, fədakarlığı, qorxmadan, qəhrəmancasına düşmənin üzərinə getməsi qələbəmizi təmin edən əsas amillərin başında gəlir.

“Prezident İlham Əliyevin də vurğuladığı kimi “dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.

A.Qarayev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli ölkənin bundan sonrakı hərtərəfli inkişafına daha böyük təkan verəcək.

“Bütün xalqımızı tarizi Zəfərimiz münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bizə bu qələbəni yaşadan qəhrəman övladlarımızı heç vaxt unutmayacaq və Şəhidlərimizin əziz xatirəsini daim yaşadacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti