...

Zəfər Gününü doğma torpağımda qeyd etmək ikiqat sevincdir - Laçın sakini

Siyasət Materials 8 Noyabr 2023 13:12 (UTC +04:00)
Zəfər Gününü doğma torpağımda qeyd etmək ikiqat sevincdir - Laçın sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr – Zəfər Gününü öz doğma torpağımda qeyd etməyim mənim üçün ikiqat sevincli və qürurludur.

Bunu Trend-ə Laçın sakini Nazim Əliyev deyib.

O qeyd edib k, 30 il məcburi köçkün həyatı yaşayıb.

“Bu gün isə öz doğma torpağımdayam. Dövlətimiz burada bizim üçün hər cür şərait yaradıb. Hər bir Laçın sakini qələbəmizi sevinclə qeyd edir. Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Onların əməyi, canı və qanı bahasına biz bu gün dogma yurdumuzdayıq və qələbə sevincini yaşayırıq”, - deyə o, əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti