Bakı. Trend:
Milli Məclisin növbəti iclası keçirilir.
Trend-in məlumatına görə, noyabrın 13, 14 və 15-də keçirilən iclaslarının gündəliyinə 14 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının
həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
9. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
13. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.
14. Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.
15. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində
yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət
mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.