...

Müdafiə nazirinin müavinləri Gürcüstandadır

Siyasət Materials 23 Noyabr 2023 09:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri, baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti