Bakı. Trend:
2023-cü ilin 26-29 noyabr tarixlərində Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi
Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda
Qızılbaş İrsi: tarixin izi ilə“ beynəlxalq konfransa həsr olunmuş
mətbuat konfransı keçirilib.
Trend-in məlumatına görə, konfransda qızılbaşların tarixi haqqında
məlumat verilib, qızılbaşlqrın bu gün bir araya gəlməsinin
əhəmiyyəti qeyd edilib.
Azərbaycan Qızılbaş Qlobal İrs Təşkilatının həmsədri Babək Hüseynli
təşkil olunan beynəlxalq konfransın əhəmiyyətindən danışaraq qeyd
edib ki, bu konfransın keçirilmısi istiqamətində uzun müddət gərgin
əçək sərf edilib. O bildirib ki, konfrans dünyanın müxtəlif
ölkələrində yaşayan qızılbaşların bir araya gətirilmısi üçün mühüm
platformadır. Hazırda təşkiçayın 3500-dən artıq üzvünün olduğunu
deyən B.Hüseynli təşkilatın fəaliyyətinin bundan sonra da
genişlənəcəyini diqqətə çatdırıb.
Qızılbaş Qlobal İrsi Təşkilatının İdarə Heyətinin üzvü, Pakistanın
keçmiş federal katibi Ağa Sərvər Raza bildirib ki, bizim ulu
babalarımız Azərbaycan ərazisində yaşaybrlar. Sonradan onlar
dünyanın müxtəlif ərazilərinə yayılıblar. Azərbaycan bizim ana
vətənimizdir.
O qeyd edib ki, Azərbaycan dünyanın müxtəlif ölkəlırində yaşayan
qızılbaşlarln bir araya gətirilməsi üçün böyük işlər görür.
“Dünyanın müxtəlif ölkələrində yaşayan Qızılbaşları bir araya
gətirdiyinə görə Azərbaycana təşəkkür edən
Hər bir təşkilatın bir platforması olmalıdır. Azərbaycan da bu
platformanın yaradılmasımı təmin etdi. Bu bizə imkan verəcək ki,
üzvlərimizi bu təşkilata daha çox cəlb edək", - deyə o qeyd
edib.
Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini, “Delta Health
Group” şirkətinin baş direktoru Arşi Qızılbaş (Kanada) konfransın
böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq Azərbaycana
səfərindən böyük məmnunluq duyduğunu bildirib.
O, Azərbaycanda özünü doğma torpağında olduğu kimi hiss etdiyini
vurğulayıb. “Qızılbaşların tarixi uzaq keçmişə dayanır.
Azərbaycanda biz çox isti münasibət gördük, lakin indiyə qədər
başqa ölkələrdə biz təzyiqlərlə üzləşmişik və belə doğma hisslər
keçirməmişik", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 26-29-da Bakıda Ulu Öndər Heydər Əliyevin
100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi
ilə” mövzusunda beynəlxalq konfrans öz keçirilib.
Konfransda “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ,
Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə
təmsilçiləri, Milli Məclisin deputatları, Qızılbaş irsinin
Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət
qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq
təşkilatların nümayəndələri iştirak ediblər.