Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüş zamanı erməni həmkarı Ararat Mirzoyana irad tutub.
Trend-in məlumatına görə, görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.
“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?” – deyə Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.
Qeyd edək ki, KİV-lərdə Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.