Bakı. Trend:
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, dekabrın 5-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.