...

Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB

Siyasət Materials 4 Dekabr 2023 20:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.

Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.

Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - XİN-dən vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti