Bakı. Trend:
Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza sosial şəbəkədə yazıb.
“Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, – Metyu Brayza qeyd edib.