...

Təxribatçı qüvvələr cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər - Sədr müavini

Siyasət Materials 11 Dekabr 2023 12:10 (UTC +04:00)
Təxribatçı qüvvələr cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər - Sədr müavini
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təxribatçı qüvvələr cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər.

Trend xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının 5 dekabr 2023-cü il tarixli Azərbaycanla bağlı hesabatı barədə Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanda müxtəlif ittihamlarla həbs olunan şəxslərin dini əqidəsinin qabardılması, bununla da cəmiyyətdə dini-siyasi mübarizənin olması təəssüratının yaradılması meyilləri artmışdır. Artıq mütəmadi olaraq, müəyyən qüvvələr şəxslərin həbs olunanadək aktiv dini fəaliyyətlə məşğul olduğuna dair informasiya olmadığı halda, cinayət məsuliyyətinə cəlb olunan kimi dini əqidələri ilə bağlı məlumatlar yaymaqla özlərinin fəaliyyətlərini pərdələməyə cəhd edirlər.

"Bildirməliyik ki, din adı altında dindən siyasi məqsədlər üçün istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışan təxribatçı qüvvələr həbs edilmiş şəxslər haqqında “əzabkeş” və “qəhrəman” obrazı yaratmağa, “dini fəal”, “vicdan məhbusu” və digər adlar verməklə cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə dini mənsubiyyət heç kəsi məsuliyyətdən azad etmir, həmçinin də heç kim əqidəsinə görə həbs olunmur. Din təhdid vasitəsi deyil, bu ad altında gizlənən radikal və ekstremist dairələr ifşa olunmalıdır. Ölkəmizdə hüquq-mühafizə orqanlarının qeyd olunan istiqamətdəki qabaqlayıcı və peşəkar fəaliyyəti təqdirəlayiq hesab olunmalıdır", - deyə S.Heydərov deyib.

Xəbər lenti

Xəbər lenti