Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Pakistanda 23 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb və kədərləndirib. Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı veririk və həmrəyliyimizi bildiririk. Biz, terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”, - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunhva əyalətində törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 23 əməkdaşı həlak olub. Partlayış terrorçu-kamikadze tərəfindən polis bölməsində törədilib. Hücumun məsuliyyətini “Təhrik-i-Taliban Pakistan” qruplaşması üzərinə götürüb.