...

Bakı ilə İrəvan arasında münasibətlərin normalaşdırılması prosesi yeni mərhələyə daxil olur - Deputat

Siyasət Materials 14 Dekabr 2023 16:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti -nin təsdiq olunması dövlətlərarası münasibətlərin normalaşdırılması prosesinin yeni mərhələyə daxil olmasının göstəricisi hesab edirəm.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, artıq Azərbaycanla Ermənistan arasında məsələlərin müzakirəsi və icrası ikitərəfli formata keçmişdir və bu, çox əhəmiyyətli bir nəticədir: "Təsdiq olunmuş reqlamentdə sərhədlərin delimitasiyası ilə bağlı də ikitərəfli görüşlərin keçirilməsi, görüşlərdə təhlükəsizliyin təmin olunması və görüşlərin nəticələrinin mətbuata açıqlanması qaydaları təsdiq olunur. Yaxşı haldır ki, qəbul olunmuş qərarların məxfiliyin qorunmasına və mətbuata veriləcək açıqlamalara eyni qaydalar və prosedurlar tətbiq olunur".

"Son bir həftə ərzində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində inqilabi irəliləyişlər baş vermişdir. Bu gün hər bir tərəfdən atılan xoşməramlı bir addım ölkələrarası mnasibətlərin normallaşmasına və sülh müqaviləsinin sürətlənməsinə töhfə verir. Bütün müsbət nəticələr vasitəçilərsiz əldə olunir. Vasitəçilərin köməyinə ehtiyac olunarsa bu məsələni də təsdiq olunmuş reqlamentə əsasən tərəflərin razılığı əsaında baş tutması nəzərdə tutulur. Baş nazirlərin bu gün təsdiq etdiyi dövlət komissiyaları arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirlməsinin reqlamenti sərhədlərin delimitasiyası prosesini sürətlənməsinə və ölkələrarası münasibətlərin normallaşmasına yeni bir impuls verəcəkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti