...

Namizədlərin qeydə alınması prosesinə başlayacağıq - Məzahir Pənahov

Siyasət Materials 16 Dekabr 2023 16:55 (UTC +04:00)
Namizədlərin qeydə alınması prosesinə başlayacağıq - Məzahir Pənahov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar prezident seçkilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, namizədlərə lazım olan sənədlər hazırdır.

“Sənədlər təqdim ediləndən ən azı 7 gün ərzində namizədliyin qeydə alınması üçün sənədlərə baxıb qərar verəcəyik”, - deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti