Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub (FOTO/VİDEO)

Siyasət Xəbər 22 Dekabr 2023 16:43 (UTC +04:00)
Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.

Trend xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti