Bakı. Trend:
Milli Məclis Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında bəyanat qəbul edəcək.
Trend xəbər verir ki, parlamentin 26 dekabrda keçiriləcək iclasının gündəliyinə “Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” ilə bağlı məsələ daxil edilib.
Qeyd edək ki, Parlamentin 2023-cü il 26 dekabr tarixli iclasının gündəliyinə 8 məsələ daxildir.