...

Bakıda olmaqdan çox məmnunuq - ATƏT-in nümayəndəsi

Siyasət Materials 29 Dekabr 2023 12:35 (UTC +04:00)
Bakıda olmaqdan çox məmnunuq - ATƏT-in nümayəndəsi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda olmaqdan çox məmnunuq və fürsətdən istifadə edirək Azərbaycan hökumət nümayəndələrinə təşəkkür edirəm ki, bizi çox yaxşı qarşıladılar və missiyanın fəaliyyəti üçün şərait yaratdırlar.

Trend-in məlumatına görə, bunu ATƏT in Demokratik Təsisat və İnsan Haqıarı bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiərini müşahidə missiyasının rəhbəri İoğan Mörfi missiyanın açılışı ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, bizim missiyamız Azərbaycan hökumətinin dəvəti ilə baş tutur.

"Seçkilərdən 1 gün sonra fevralən 8–də mətbuat konfransı keçirəcəyik və bəyanat verəcəyik. Nəhayət seçki proseslərinin tamamlanmasından bir neçə ay sonra biz yekun hesabatı dərc edəcəyik və hesabatda müvafiq tövsiyələr də təqdim edə bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü il 7 fevral tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti