...

Gürcüstan səfirliyi Azərbaycana başsağlığı verib

Siyasət Materials 16 Yanvar 2024 12:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verir.

Bu barədə Trend-ə Gürcüstan səfirliyindən daxil olan məlumatda deyilir.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", -deyə qeyd edilib.

Xatırladaq ki, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti