...

Azərbaycanda təşviqat kampaniyası seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir - MDB müşahidəçilər missiyası

Siyasət Materials 2 Fevral 2024 13:22 (UTC +04:00)

Bakı. Trend:

Bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb. Azərbaycanda təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir.

Trend Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında qeyd edilib.

“Mərkəzi və aşağı seçki komissiyaları, kütləvi informasiya vasitələri (KİV) ölkə əhalisini seçki kampaniyası ilə bağlı ətraflı məlumatlandırır. Mərkəzi Seçki Komissiyasının rəhbərliyi (MSK) və MSK Katibliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq brifinqlər və mətbuat konfransları keçirilir, seçkilərə hazırlığın gedişatı işıqlandırılır, seçki qanunvericiliyinin normaları izah edilir”, - deyə sənəddə vurğulanıb.

Aralıq hesabatda həmçinin bildirilib ki, Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını seçkilərdə iştiraka çağıran fəal kampaniya aparır: “Bu kampaniyaya televiziya və radioda müntəzəm olaraq məlumat xarakterli videoçarxların və sosial reklamların yayımı daxildir. Üstəlik, bu kampaniya həmçinin səsvermə günü barədə seçiciləri məlumatlandırmaq üçün reklam lövhələri, bannerlər və afişalardan istifadəni əhatə edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti