Bakı. Trend:
Türkiyənin nüfuzlu “İhlas” Xəbər Agentliyi (İHA) bu il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərindən bəhs edən məqalə yayımlayıb.
Trend Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi ərazilərdə ilk dəfə seçkilər keçirilməsinin əhəmiyyəti qeyd olunub.
“Azərbaycan Qarabağ zəfərinin ardından sonra seçkiyə gedir. Azərbaycan xalqı 7 fevralda Prezidentini seçmək üçün səs verəcək”,- deyə məqalədə bildirilir.
Qeyd olunub ki, Azərbaycanda keçiriləcək bu seçkilər olduqca əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan ərazilərinin hamısında səsvermə keçiriləcək. Təxminən 30 ildən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə seçki qutuları qoyulacaq”, - deyə məlumatda qeyd olunur.
Məlumat üçün deyək ki, məqalə “Hürriyət” qəzeti və digər KİV-də də paylaşılıb.