...

Azərbaycan vətəndaşları seçkiyə sanki bayrama gedirmiş kimi gedir - Qazaxıstandan olan deputat

Siyasət Materials 7 Fevral 2024 15:50 (UTC +04:00)
Azərbaycan vətəndaşları seçkiyə sanki bayrama gedirmiş  kimi gedir - Qazaxıstandan olan deputat
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərində səsvermədə çoxlu sayda insan iştirak edir.

Bu barədə Trend-ə Qazaxıstan parlamentinin deputatı Aydos Sarım deyib.

"Bu gün səhər Sumqayıtda idik, indi də Bakıda işimizi davam etdiririk. Harada olduqsa, bütün seçki məntəqələrində çoxlu insan görürük. Biz insanlar arasında çox böyük fəallığı müşahidə edirik. Doğrudan da, insanlar səs verməyə sanki bayrama gedirmişlər kimi gedirlər. Aydındır ki, onlar bu seçkilərin əhəmiyyətini anlayırlar”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, bu, Azərbaycan üçün mühüm tarixi gündür, çünki müstəqillik əldə etdikdən sonra bütün ölkədə ilk dəfə seçkilər keçirilir.

"Səhər tezdən böyüklər, yaşlı nəsil gəldi və indi istər gənclər, istərsə də orta yaşlılar - hər kəs öz konstitusiya borcunu yerinə yetirmək, bu seçkilərdə səs vermək üçün fəal şəkildə iştirak etmək üçün gəlir. Məncə, bu, gözəldir", – deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti