...

Azərbaycan-Türkiyə əlaqələri çoxşaxəliliyi ilə fərqlənir - Azər Qarayev

Siyasət Materials 20 Fevral 2024 19:09 (UTC +04:00)
Azərbaycan-Türkiyə əlaqələri çoxşaxəliliyi ilə fərqlənir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev seçkilərdən sonra andiçmə mərasimində Azərbaycanın prirotet hesab etdiyi məsələləri açıqladı. Türk dünyasının birliyini möhkəmləndirmək Azərbaycanın aktiv xarici siyasət istiqamətlərindən birini təşkil edir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərində görə, məhz bu səbəbdən ölkə başçısının ilk rəsmi səfərini Türkiyəyə etməsi də xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşünün iyul ayında Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulması da Azərbaycan və Türkiyənin bu təşkilatın inkişaıfna verdiyi yüksək önəmin göstəricisidir.

A.Qarayev bildirib ki, Azərbaycanın Türkiyə başda olmaqla digər qardaş türk dövlətləri ilə əlaqələrində son iki ildə yeni bir dinamizm, sıçrayış müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfəri də tək rəmzi məna daşımır, həm də əməli işlər üzrərində iki ölkənin ciddi formada fokuslandığını göstərir.

"Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir. Bugün bütün siyasi arenalarda, məsələlərdə Azərbaycan və Türkiyə bir-birinin yanındadırlar. Biz İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Ondan sonrakı dönəmdə də Azərbaycan-Türkiyə münasibətləri öz tarixinin ən yüksək zirvəsinə çatıb və əlaqələr durmadan sürətlə inkişaf etməkdədir”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri çoxşaxəliliyi ilə fərqlənir.

“İqtisadi, siyasi, hərbi, təhsil, mədəni və demək olar ki, bütün sahələrdə biz sıx əlaqələrin şahidi oluruq. Artıq Azərbaycan Ordusu Türkiyə modeli əsasında formalaşdırılıb. Biz bu yanaşmanın uğurlu nəticələrini həm Vətən müharibsəində, həm də local anti-terror tədbirləri zamanı gördük. Müdafiə sənayesi sahəsində də ciddi işlər görülür. Birgə layihələr həyata keçirilir”, - deyə A.Qarayev əlavə edib.

Politoloq qeyd edib ki, əməkdaşlığın nisbətən yeni sahələrindən biri də təhsildir.

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, həm də iki ölkənin birliyinin təhsil müstəvisində də təzahürüdür. Təhsilin ortaq inkişaf etdirilməsi iki ölkənin vacib hesab etdiyi istiqamətlər arasındadır. Bugün bütün dünyada aparılan ideloji hücumları, gənclərimizin təsir dairəsinə salınması üçün edilən cəhdləri nəzərə alsaq, Türkiyə-Azərbaycan Universitetinin yaradılması zəruri addımdır” - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələr də öz dövrünün ən yüksək dövrünü yaşayıb.

“Ticarət dövriyyəsi artıq 7,5 milyard dollara çatıb. Bu record göstəricidir. Azərbaycan və Türkiyə qarşıya qoyduqları hədəflərə doğru inamla irəliləyir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəmində duran başlıca amillərdəndir” - deyə A.Qarayev əlavə edib.

Politoloq sonda onu da qeyd edib ki, Azərbaycan Türkiyə birliyi bu gün həm regionda, həm də dünyada sülhü təşviq edir, qlobal problemlərin həllinə töhfə ver.

“Bu münasibətlər bütün dünya üçün örnək təşkil etməlidir. Əminik ki, iki qardaş ölkə arasında əlaqələr bundan sonra da çoxşxaəli inkişaf edəcək”, - deyə A.Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti