...

Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşı əməkdaşımız olmayıb - Aİ missiya rəhbəri

Siyasət Materials 21 Fevral 2024 17:23 (UTC +04:00)
Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşı əməkdaşımız olmayıb - Aİ missiya rəhbəri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşının missiyanın əməkdaşı olmadığını bildirib.

Trend xəbər verir ki, Ritter bu barədə erməni KİV-inə deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını təsdiqləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti