...

Samir Rzayev AZAL-ın prezidenti təyin edilib - SƏRƏNCAM

Siyasət Materials 22 Fevral 2024 16:25 (UTC +04:00)
Samir Rzayev AZAL-ın prezidenti təyin edilib - SƏRƏNCAM

Bakı. Trend:

Samir Rzayev AZAL-ın prezidenti təyin edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti