Bakı. Trend:
Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini fevralın 23-də komitə iclasları ilə davam etdirir.
Trend xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.
APA-nın 14-cü sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında Asiya parlamentlərinin Fələstin xalqına dəstək verməsi ilə bağlı qətnamə layihəsi müzakirə olunur.
14-cü sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.
Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.