...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 28 Fevral 2024 17:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın görüşü Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

xxx

13:28

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü keçirilir.

Trend xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

xxx

11:00

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Trend xəbər verir ki, görüş almaniyanın paytaxtı Berlində baş tutacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti