...

Migel Dias-Kanel Bermudes Prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət Materials 28 Fevral 2024 17:56 (UTC +04:00)
Migel Dias-Kanel Bermudes Prezidenti İlham Əliyevi təbrik etdi

Bakı. Trend:

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti