...

Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Siyasət Materials 28 Fevral 2024 21:11 (UTC +04:00)
Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Bakı. Trend:

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti