Bakı. Trend:
Sumqayıt hadisələri yaxın dövrdə baş verib. Hadisələrin baş verməsindən əvvəl hazırlıq proseslərinin getməsi Sumqayıt şəhərinin müxtəlif küçələrində dəmir qırıntılarının, daşların yığılması, xüsusi dəstələrin formalaşdırılması, eyni zamanda erməni milliyətindən olan Eduard Qriqoryanın bu proseslərə rəhbərlik etməsi və xüsusi amansızlıq nümayiş etdirməsi nəticəsində bunun hazırlanmış ssenari olduğunu sübuta yetirir.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, məqsəd ondan ibarət idi ki, azərbaycanlılar Ermənistan ərazisindən deportasiya edilmişdilər.
"Və nəticə etibarilə ermənilərin irəli sürdükləri arqumentlər heç nəyə yaramırdı. Çünki Ermənistan ərazilərinin faktiki olaraq Azərbaycan ərazilərinin tamamilə azərbaycansızlaşdırılması və izinin bu torpaqlardan silinməsindən söhbət gedirdi. Daha sonra isə Qarabağın ələ keçirilməsi məqsədi var idi. Vaxtilə Qarabağda formalaşdırılan separatçı hərəkat SSR-in mərkəzi hakimiyyət orqanlarında çalışan erməniəsilli şəxslər, o cümlədən o dövrdə SSR-in həmin dövrdəki rəhbərliyinin bilavasitə xeyir-duası ilə Azərbaycan torpaqlarında separatçı hərəkatı stimullaşdırmaq və nəticə etibarilə azərbaycanlılarla ermənilərin bir yerdə yaşamağının mümkünsüzlüyünü önə çəkərək Azərbaycandan ayrılmaq niyyətini güdürdülər", - deyə o, vurğulayıb.
Geniş videomüsahibəni təqdim edirik: