...

Qazaxıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)

Siyasət Materials 11 Mart 2024 16:01 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti