...

BMT məsələləri sülhlə həll etməlidir, amma etmir - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Siyasət Materials 14 Mart 2024 13:40 (UTC +04:00)
BMT məsələləri sülhlə həll etməlidir, amma etmir - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT məsələləri sülhlə həll etməlidir. Amma o bunu etmir. BMT ona olan inamı itirib.

Trend xəbər verir ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Parçalanmış dünyanın bərpası” mövzusunda birinci panel iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, burada BMT-nin roluna yenidən nəzər salınmalıdır.

“Parçanlanan dünyanın səbəblərini bilməliyik. BMT-nin təsisatları əzmkarlıqla çalışır. Lakin BMT-dən gözləntimiz siyasi proseslərə müdaxilə edərək, həll etməlidir. BMT artıq təcrid bir şəkildə fəaliyyət göstərir. Taleyüklü məsələləri düşünmür. 20-ci əsrin problemlərini 22-ci əsrə ötürmək məcburiyyətindəyik.

Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilmişdi. Sülh danışıqlarına şans qalmamışdı, Azərbaycan hərbi yolla öz torpaqlarını azad etdi. Əgər beynəlxalq təsisatlar problemin sülh yolu ilə həllinə çalışmırsa, məsuliyyət götürmürsə, hər bir ölkə öz problemini özü həll edəcək.

Fransa indi Ermənistana dəstək olur. Ona yardım üçün edir bunu? Xeyr. Tamamilə öz daxili siyasətini düşünürək, seçkilərdə bu amildən istifadə edə bilmək üçün addımlar atır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti