...

Bu şəxslərlə bağlı qanuna dəyişiklik edilə bilər

Siyasət Materials 2 Aprel 2024 10:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bak. Trend:

“Azərbaycan vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsinin 5-ci bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, deməli, başqa hal nəzərdə tutulub.

“Əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil. Bu məsələyə diqqət yetirilməsini xahiş edirəm”, - deyə o əlavə edib.

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır.

“Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”, - deyə M.Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti