...

Ermənistan Brüsseldə baş tutan görüşdə istədiyi nəticəni əldə edə bilmədi - ŞƏRH

Siyasət Materials 9 Aprel 2024 13:10 (UTC +04:00)
Ermənistan Brüsseldə baş tutan görüşdə istədiyi nəticəni əldə edə bilmədi - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökuməti 5 apreldə ABŞ-Aİ ilə Brüsseldə baş tutan görüşdə istədiyi nəticəni əldə edə bilmədi.

Bunu Trend-ə hərbi ekspert Elxan Şıxəliyev deyib.

"Ermənilər guya Azərbaycan tərəfindən təhlükəsizliyinə təhlükə var bəhanəsi ilə ABŞ və Aİ-dən zəmanət almaq istəyirdilər, lakin xəyal qırıqlığına uğradılar.

Ermənilər 5 aprel görüşünədək çalışırdılar ki, Azərbaycanı təxribata çəksinlər. Lakin Azərbaycan təxribata getmədi. Ermənilər indi müttəfiqlərini inandırmalıdırlar ki, Azərbaycan tərəfindən Ermənistan üçün təhlükə yaradılır. Buna görə də şərti sərhəddə atəşkəsi pozaraq, təxribata əl atırlar. Lakin Avropa İttifaqının Ermənistandakı missiyası nədənsə bunu sənədləşdirmir. Amma Azərbaycanın atacağı adekvat addımları isə sənədləşdirməyə hazırdırlar.

Bu da onların riyakarlığından xəbər verir. Başqa sözlə, elə bir vəziyyət yaratmağa çalışırlar ki, sanki Azərbaycan mümkün ola biləcək münaqişədə maraqlıdır. Ermənistan təhlükəsizlik zəmanəti almadığı təqdirdə də böyük planın kiçik bir hissəsi olaraq COP29 konfransına qədər müddətdə Azərbaycanı müharibəyə təhrik etmək istəyir.

Məqsədləri ölkəmizdə keçiriləcək mötəbər tədbir ərəfəsində dünya ictimaiyyətində təhlükəsizliklə bağlı suallar yaratmaqdır. Guya bura təhlükəli bölgələrdən biridir. Burada münaqişə yarana biləcəyi ilə bağlı mesaj vermək istəyirlər. Bunu da ən çox istəyən Ermənistanın himayəçisi Fransadır. Ermənistanın sabit siyasi xətti yoxdur. Bölgəmizdə gedən müxtəlif oyunlar Ermənistan üzərində qurulub.

Ermənistan belə məsələlərdə müstəqil qərar vermək iqtidarında deyil. Lakin biz bunları bilirik və istənilən təxribata cavab verməyə hazırıq", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti