Bakı. Trend:
Moldovanın Baş nazirinin müavini Vladimir Bolea Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevi qəbul edib.
Trend-in məlumatına görə, bu barədə səfir Ülvi Baxşəliyev "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, tərəflər kənd təsərrüfatı sahəsində əlaqələrin intensivləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.