...

İtaliyada G7 xarici işlər nazirlərinin iclası keçiriləcək

Siyasət Materials 16 Aprel 2024 07:12 (UTC +04:00)
İtaliyada G7 xarici işlər nazirlərinin iclası keçiriləcək

Bakı. Trend:

Aprelin 17-19-da İtaliyanın Kapri adasında bu ölkənin G7-yə sədrliyi çərçivəsində “Yeddilər qrupu” ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclası keçiriləcək.

Trend xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, görüşdə Yaxın Şərqdə və Ukraynada müharibələrə son qoyulması üzrə tədbirlər müzakirə olunacaq.

Çərşənbə axşamı keçirilən görüşün ilk iclası Qəzza və İrana həsr olunacaq, Qırmızı dənizdə vəziyyət cümə axşamı səhər müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti