...

G7 ölkələrinin XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər

Siyasət Materials 19 Aprel 2024 16:12 (UTC +04:00)
G7 ölkələrinin XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər.

Trend xəbər verir ki, G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb.

"Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq", - bəyanatda deyilir.

Bundan başqa, Azərbaycan və Ermənistanın 2023-cü il 7 dekabr tarixli birgə açıqlaması qeyd olunub və G7 ölkələri tərəfləri bu əməkdaşlıq ruhunu qorumağa çağırıb.

Həmçinin, G7 ölkələrinin Azərbaycan və Ermənistan arasında bütün səviyyələrdə, xüsusən müəyyən edilmiş danışıqlar mexanizmləri çərçivəsində gələcək konstruktiv təmasları dəstəkləməyə hazır olduğu bildirilib.

"Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyin vacibliyini bir daha təsdiqləyirik. Regional əməkdaşlığın genişləndirilməsi və bütün sərhədlərin, o cümlədən Ermənistan-Türkiyə sərhədinin açılmasına çağırırıq", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün hökm sürməsi nöqteyi-nəzərdən təqdirəlayiqdir. Sual yaranır, bəs, niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın işğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti