Bakı. Trend:
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Demokratiya və təhlükəsizlik komitələrinin iclası keçiriləcək.
Parlament Assambleyasının plenar iclasının gündəliyinə Asiyada
iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qara dəniz
bölgəsində təhlükəsizlik, İqlim dəyişikliyi problemləri, texnoloji
çağırışlar, müttəfiq ölkələr tərəfindən süni intellekt də daxil
olmaqla yeni və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi
və onlardan istifadə üsulları, Dezinformasiya ilə mübarizə və digər
məsələlər daxil edilib.
Səfər mayın 28-də başa çatacaq.