...

Əminəm ki, Azərbaycanla əməkdaşlığımız daha da möhkəmlənəcək - İrakli Kobaxidze

Siyasət Materials 27 May 2024 13:58 (UTC +04:00)
Əminəm ki, Azərbaycanla əməkdaşlığımız daha da möhkəmlənəcək - İrakli Kobaxidze

Bakı. Trend:

Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir.

Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

“Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir” – Baş nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti