...

Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb

Siyasət Materials 30 May 2024 14:03 (UTC +04:00)
Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti