...

Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır - Əli Əhmədov

Siyasət Materials 15 İyun 2024 12:02 (UTC +04:00)
Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır - Əli Əhmədov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada səsləndirib.

O qeyd edib ki, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər uzunömürlü ola bilməz.

15 İyun - Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbriklərini çatdıran Əli Əhmədov xalq diplomatiyasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcəyini vurğulayan Baş nazirin müavini Azərbaycanın müstəqillik tarixindən söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixində yerini qeyd edib.

Xəbər lenti

Xəbər lenti