Bakı. Trend:
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir. Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi açıqlamasında bildirilib.
Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, Fransa Birinci Qarabağ müharibəsi dönəmində də ərazilərimizin işğal olunmasında "fəaliyyəti" olub.
"Kəlbəcərin işğalı zamanı ora ilk girən erməni qruplarının Fransaya və Marselə salam göndərməsi kimi faktlar yetərincədir. Həmin dövrdə separatçılara və terrorçulara maddi yardımlar etdikləri barədə faktlar var.
Hazırda Fransa öz xislətini davam etdirir. Fransa İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanı silahlandırmağa çalışır. Bunun adını müdafiə silahlandırması kimi qələmə versə də, əsl reallıq fərqlidir", - o bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik: