...

“Auditor xidməti haqqında” qanununda dəyişiklik edilib

Siyasət Materials 17 İyul 2024 10:58 (UTC +04:00)
“Auditor xidməti haqqında” qanununda dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, qanuna əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında “tələb etdiyi hallar,” sözləri “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə” sözləri ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti