...

Prezident İlham Əliyev milli bayram münasibətilə Ekvador liderini təbrik edib

Siyasət Materials 10 Avqust 2024 11:03 (UTC +04:00)
Prezident İlham Əliyev milli bayram münasibətilə Ekvador liderini təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti