...

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi GLOBSEC 2024-ün institusional tərəfdaşı olub

Siyasət Materials 31 Avqust 2024 17:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti, Çex Respublikasının paytaxtı Praqada keçirilən GLOBSEC 2024 forumunda iştirak edir.

Trend BMTM-yə istindən xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 31-də forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Avropa İttifaqı tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusunda çıxış edib. F. Şəfiyev çıxışında Ukrayna və Yaxın Şərqdəki böhranların beynəlxalq münasibətləri daha kompleks hala gətirdiyini qeyd edib və bu geosiyasi vəziyyətin Xəzər regionu ölkələrinə təsir etdiyini vurğulayıb. Avropalı siyasətçilərin bu böhranlara lokal baxış tələb etdiyini bildirən Şəfiyev, məsələlərə realist mövqedən yanaşmağın daha doğru olduğunu qeyd edib.

Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunan F. Şəfiyev Azərbaycanın alternativ enerji sahəsinə xüsusi önəm verdiyini, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib. Bununla yanaşı, ənənəvi enerji mənbələrindən tamamilə imtina etməyin doğru strategiya olmadığını da vurğulayıb.

F. Şəfiyev, həmçinin, Şimal və Qırmızı dəniz istiqamətindəki böhranlar fonunda Orta Dəhlizin əhəmiyyətinin artdığını və Azərbaycanın bu dəhlizin inkişafı üçün mühüm işlər gördüyünü qeyd edib, lakin bu layihənin irəliləməsi üçün digər tərəfdaşların da investisiya yatırmasının vacib olduğunu bildirib.

BMTM-in GLOBSEC 2024-ün institusional tərəfdaşı olması, eləcə də “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə Edilməsi” mövzusunda birgə panel iclasın keçirilməsi nəzərdə tutulur. Paneldə Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, GLOBSEC 2024, Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderləri, dövlət başçıları, sahibkarlar, beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti