Bakı. Trend:
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır.
Trend-in əldə etdiyi məlumata görə, sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğu görünür.
Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.
Seçki prosesi başa çatmamış KİV-də yayılan hesabatın fotoları da onu göstərir ki, ATƏT-in seçki hesabatı əvvəlcədən hazır olub.