...

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib

Siyasət Materials 7 Sentyabr 2024 22:29 (UTC +04:00)
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası, bu ilin noyabrında Bakıda baş tutacaq COP29 iqlim konfransına hazırlıq prosesini qiymətləndirmək üçün sentyabrın 6-dan 9-dək Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisi məlumat verib.

Səfərin ilk günündə missiyanın rəhbəri, UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb. Onlar konfransın hazırlıqları çərçivəsində müxtəlif əməliyyat proseslərinin vəziyyəti, tədbir məkanının təşkilatçı məqsədlərinə uyğun bölgüsü və digər mühüm təşkilati məsələləri müzakirə ediblər. Həmçinin, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon, COP29 ƏŞ-nin nümayəndələri ilə konfransın təhlükəsizliyi ilə bağlı görülən tədbirlər barədə fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri tədbirin keçiriləcəyi Bakı Stadionuna baş çəkərək, tikinti və əməliyyat işləri ilə yaxından tanış olublar.

Səfərin ilk günündə missiya nümayəndələri COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunmuş brifinqdə də iştirak ediblər.

Səfər müddətində hazırlıq işlərinin bütün istiqamətləri nəzərdən keçiriləcək, o cümlədən missiya nümayəndələri COP29 Azərbaycan ƏŞ və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdirəcək. Həmçinin, şəhərdə konfrans nümayəndələri üçün qonaqlama, qidalanma və nəqliyyat xidmətlərinin qiymətləndirilməsi üçün paytaxtdakı otel və digər obyektlərə baş çəkiləcək. Missiya üzvləri bu məkanlarda yaradılan şəraitin beynəlxalq tələblərə uyğunluğunu yoxlayaraq qidalanma və keytrinq xidmətləri ilə də tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti