...

ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb - Səfirlik

Siyasət Materials 11 Sentyabr 2024 12:10 (UTC +04:00)
ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb - Səfirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları anılıb.

Trend xəbər verir ki, bu barədə səfirliyin “X” sosial media hesabında qeyd edilib.

"Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar.

Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq", - deyə bildirilib.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsi zamanı ümumilikdə 2977 nəfər ölüb. Onlardan 246 nəfəri qaçırılan təyyarələrin sərnişinləri, 2755 nəfəri isə təyyarələrin çırpıldığı binaların içərisində olanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti