...

Azərbaycan "ADEX"-də 193 adda silahla təmsil olunur

Siyasət Materials 24 Sentyabr 2024 15:51 (UTC +04:00)
Azərbaycan "ADEX"-də 193 adda silahla təmsil olunur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"ADEX" sərgisində Azərbaycan ümumilikdə 193 adda silahla təmsil olunur.

Bunu Trend-ə Müdafiə Sənayesi Nazirliyindən bildiriblər.

Bunlardan bir neçəsi ilk dəfə burada nümayiş etdirilir.

Azərbaycan məhsulları dörd stenddə ziyarətçilərə təqdim edilir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Xəbər lenti

Xəbər lenti