...

UNESCO-nun keçmiş baş direktoru vəfat edib (FOTO)

Siyasət Materials 24 Sentyabr 2024 17:10 (UTC +04:00)
UNESCO-nun keçmiş baş direktoru vəfat edib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın böyük dostu, UNESCO-nun keçmiş baş direktoru Amadu Mahtar Mbou vəfat edib.

Trend bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına istinadən xəbər verir.

"UNESCO-nun baş direktoru (1974-1987) Amadou Mahtar Mbounun ölümündən çox kədərlənirik. Onun 1983-cü ildə Azərbaycana səfərini həyəcanla xatırlayırıq. O, ölkəmizin əsl dostu idi. Seneqal xalqına səmimi başsağlığı veririk", - Komissiyanın məlumatında deyilir.

Xatırladaq ki, Amadu Mahtar Mbou 1983-cü ildə Azərbaycanın ümummilli lideri Heydər əliyevin dəvəti ilə Bakıya səfər edib. Ulu öndər Heydər Əliyevin ona təqdim etdiyi Lətif Kərimovun Nizami obrazını əks etdirən xalçası hələ də UNESCO-nun qərargahında sərgilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti