...

Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq - XİN

Siyasət Materials 27 Sentyabr 2024 02:18 (UTC +04:00)
Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq - XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) “X”dəki hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun əzm və iradəsi sayəsində torpaqlarımızın 30 ilə yaxın hərbi işğalına, vətəndaşlarımızın fundamental hüquqlarının, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına son qoyan Vətən müharibəsi tarixi ədalətin zəfəridir. 27 sentyabr - Anım Günündə bu tarixi zəfəri bizə yaşadan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq”.

Xəbər lenti

Xəbər lenti